Gömrükdən gizlədilən elektron siqaretlər tapıldı

  15 Avqust 2019    Oxunub : 609
Gömrükdən gizlədilən elektron siqaretlər tapıldı
Gömrük nəzarətindən gizlədilən elektron siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin üst geyiminin altında gömrük nəzarətindən gizlədilən 560 ədəd üzərində “Yellow label” və 800 ədəd üzərində “Purple wave” yazıları olan “Heets” markalı elektron siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Gömrük