Bu il 1478 əkiz, 36 üçəm dünyaya gəlib

 Bu il 1478 əkiz, 36 üçəm dünyaya gəlib
  16 Avqust 2019    Oxunub:1265
Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 66687 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

2019-cu ilin yanvar-iyun aylarında ölkədə 28745 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşüb.

Azvision.az


Teqlər: Əkiz   Üçəm  





Xəbər lenti