“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” filmi təqdim edildi - FOTOLAR

  16 Avqust 2019    Oxunub : 981
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” filmi təqdim edildi - FOTOLAR
Azərbaycan xalq artisti, Azərbaycan kino sənətinin canlı əfsanəsi kinorejissor Eldar Quliyev “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” adlı sənədli filmini Azərbaycan sərhədçilərinin bir əsrlik tarixinə həsr edib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, DSX-nın aparatında bu sənədli filmin təqdimatı keçirilib.



Zamanında Dahi Öndər Heydər Əliyevin, hazırda isə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dövlət sərhədlərinin etibarlı mühafizəsində əldə olunmuş xidməti nailiyyətlərdən, Azərbaycan sərhədçilərinin gündəlik fədakar xidmətindən bəhs edən sənədli film böyük maraqla izlənilib.



Filmə baxışdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Eldar Quliyevi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) yubiley medalı ilə təltif edib, filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.

Azvision.az

Teqlər: DSX