Bəzi ərazilərdə qaz təchizatı dayandırılıb

Bəzi ərazilərdə qaz təchizatı dayandırılıb
  16 Avqust 2019    Oxunub:1140
Avqustun 16-da saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu Ceyranbatan, Saray, Müşviqabad, “28 May” qəsəbələri, Çayli-Qobustan yaşayış massivi, eləcə də Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İB-dən Azvision.az -a verilən məlumata görə, bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin bir hissəsinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq.

Azvision.az



Teqlər: Azəriqaz   Qaz  





Xəbər lenti