Əliyev, Putin və Ruhani Rusiyada görüşəcək

  16 Avqust 2019    Oxunub : 1844
Əliyev, Putin və Ruhani Rusiyada görüşəcək
Azərbaycan, İran və Rusiya prezidentlərinin təxirə salınmış zirvə görüşü Rusiyada keçiriləcək.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. O, görüşün konkret tarixi barədə hələlik razılığa gəlinmədiyini deyib.

Qeyd edək ki, bundan əvvəl prezidentlərin görüşünün avqustun 13-də Soçi şəhərində keçirilməsi planlaşdırılsa da, sonradan təxirə salınıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, üçtərəfli görüşün təxirə salınması dövlət başçılarının iş qrafikləri ilə əlaqədardır.

Azvision.az

Teqlər: İlham-Əliyev   Putin   Ruhani