Prezident Naxçıvanda xidmət edən sərhədçiləri təltif etdi

   Prezident Naxçıvanda xidmət edən sərhədçiləri təltif etdi
  17 Avqust 2019    Oxunub:2168
Prezident İlham Əliyev avqustun 16-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, təltif olunanlar arasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi qulluqçuları da var.

Prezidentin sərəncamı ilə general-mayor Tağıyev Niyaməddin Məhərrəm oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, polkovnik-leytenant Bədəlov Fərhad Hacı oğlu “Vətən uğrunda” medalı ilə, polkovnik-leytenant Şükürüllayev Təyyar Elməddin oğlu “İgidliyə görə” medalı ilə, polkovnik-leytenant Abbasov Əhməd Ramazan oğlu və polkovnik-leytenant Rəhimov İsrafil Əvəz oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.

Azvision.az



Teqlər: Prezident   DSX   Naxçıvan  





Xəbər lenti