"ASAN Yay Festivalı" Gəncədə - FOTOLAR

  17 Avqust 2019    Oxunub : 870
"ASAN Yay Festivalı" Gəncədə - FOTOLAR
“ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə növbəti "ASAN Yay Festivalı" keçirilib.
Azvision.az xəbər verir ki, Gəncə regional “ASAN xidmət” mərkəzində baş tutan festivala həm yerli, həm də digər rayon və şəhərlərdən gələn sakinlər tamaşaçı qismində qoşulublar.

Konsertdə Əməkdar artist Abbas Bağırov geniş proqramla çıxış edib. Sonra DJ Spider səhnəyə çıxıb. Konsertdən hazırlanan xüsusi proqram yaxın günlərdə ASAN Radioda təqdim ediləcək.

“ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

“ASAN Yay Festivalı”daha öncə Masallı və Mingəçevir “ASAN Həyat” komplekslərində keçirilib. Növbəti görüş yeri Sabirabad olacaq.











Azvision.az

Teqlər: ASAN-Yay   Festival   Gəncə   Konsert