Qanunsuz saxlanılan silahlar aşkarlanıb

  17 Avqust 2019    Oxunub : 983
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Tərtər və İsmayıllı rayonlarının sakinlərindən müvafiq sənədləri olmayan tüfəng götürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Naziriyinin məlumatında qeyd edilib. Bildirilib ki, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən Qaynaq kənd sakini A.Quliyevdən müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quşencə kənd sakini F.İsayevdən müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı tüfəng götürülüb.

Azvision.az

Teqlər: DİN   Silah