Bakı şəhər sakininə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də Bakı şəhər sakini M.Ağazadənin mobil telefonunu və tələbə biletini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Ü.Bayramlı saxlanılıb.