Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyəti artırılır
Onlara ingilis dili, kompyuter bacarıqları tədris olunacaq, psixoloji konsultasiya aparılacaq, xüsusi iş sahələri üzrə menecerlərin hazırlanması məqsədilə də təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflərin və biznes müəssisələrinin də tərəfdaş qismində proqramda iştirakı təmin olunacaq.
Proqram əlilliyi olan şəxslərin məşğulluq imkanlarının inkişaf etdirilməsinə və əmək bazarına çıxışının dəstəklənməsinə xidmət edir.
Azvision.az