Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, iyunun 18-də
Şəmkir rayonu ərazisindəki evlərin birindən 1000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Həsənov
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 7-də rayon ərazisindəki daha bir evdən qızıl əşyalar oğurlaması da müəyyən edilib.
İyulun 21-də Gəncə şəhər sakini A.Əliyevin mobil telefonunu aldadaraq almaqda şübhəli bilinən həmyerlisi Z.Nuriyev
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Aparılmış əməliyyat tədbirləri ilə onun Gəncə şəhər sakinləri olan daha iki nəfərin mobil telefonlarını oğurlaması, habelə altı nəfərə qarşı dələduzluq etməsi də müəyyənləşib.
Azvision.az Teqlər: DİN Şəmkir Ev Oğurluq