Avtoservisdən oğurluq etdi, polis saxladı

  17 Avqust 2019    Oxunub : 613
Avtoservisdən oğurluq etdi, polis saxladı
Binəqədi rayonu ərazisində yerləşən avtoservislərin birindən avtomobil ehtiyat hissələri oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisində yerləşən avtoservislərin birindən 2000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Rəhimov saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Oğurluq   Kriminal