Həftənin ilk günü 39 dərəcə isti olacaq - Proqnoz

  18 Avqust 2019    Oxunub : 1037
 Həftənin ilk günü 39 dərəcə isti olacaq - Proqnoz
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti°, dağlarda gecə 14-18° isti, gündüz 25-30° isti təşkil edəcək.

Azvision.az

Teqlər: ETSN   Hava   İsti