Vahid məktəbli forması nə vaxt tətbiq olunacaq?

  19 Avqust 2019    Oxunub : 1312
Vahid məktəbli forması nə vaxt tətbiq olunacaq?
Yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq. Vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun sektorun baş məsləhətçisi Billurə Hacızadə bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyində məsələ ilə bağlı İşçı Qrupu yaradılıb.

"Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək. Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: TN   Məktəbli-forması