Naxçıvanda komanda-qərargah təlimi başladı - VİDEO

  19 Avqust 2019    Oxunub : 1205
 Naxçıvanda komanda-qərargah təlimi başladı - VİDEO
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən növbəti komanda-qərargah təlimi başlayıb.
Azvision.az xəbər verir ki, təlim çərçivəsində "Həyəcan" siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki həyata keçirilir.



Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra ediləcək. Təlim avqustun 24-dək davam edəcək.

Azvision.az

Teqlər: Naxçıvan   Təlim