Yunker “böyük yeddiliyin” sammitinə gedə bilməyəcək

Yunker “böyük yeddiliyin” sammitinə gedə bilməyəcək
  19 Avqust 2019    Oxunub:2227
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker səhhətində yaranan problemə görə “böyük yeddiliyin” (G7) Fransada keçiriləcək növbəti sammitində iştirak edə bilməyəcək.
Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu qurumun rəsmi nümayəndəsi Nataş Berto deyib. O, qeyd edib ki, Yunker xəstəxanada olması ilə bağlı Fransa Respublikasının Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska özü məlumat verəcək.

Şənbə günü Avropa Komissiyası, Yunkerin Avstriyadakı tətilini yarımçıq qoyaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yaymışdı.

Qeyd olunub ki, Avropa Komissiyasının prezidenti öd kisəsinin kəsilib götürülməsi əməliyyatı üçün Lüksemburqa göndərilib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: AB   Yunker  





Xəbər lenti