Qəzaya düşən keçmiş baş nazir cərimələndi

   Qəzaya düşən keçmiş baş nazir cərimələndi
  19 Avqust 2019    Oxunub:2100
Polşanın keçmiş baş naziri Beata Şidlo qəzaya düşüb.
Azvision.az xəbər verir ki, bu barədə RİA “Novosti”yə polisdən məlumat verilib. O, şəxsi avtomobilini idarə edərkən qırıq xətt-ötmə işarəsi olmadan qoşa xətti kəsib qarşı yola keçib və nəticədə qarşıdan gələn avtomobillə toqquşub.

Qəzada xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Polisin yaydığı xəbərə əsasən, keçmiş Baş nazir qəzada günahkar bilinərək 115 dollar məbləğində cərimə edilib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Polşa  





Xəbər lenti