Gürcüstanla sərhədin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək

  Gürcüstanla sərhədin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək
  19 Avqust 2019    Oxunub:2254
Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə etdi və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə etdilər. Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış kecirilməsi planlaşdırıldı. 19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.

Azvision.az



Teqlər: Azərbaycan   Gürcüstan  





Xəbər lenti