Türkiyədə nazir müavini yol qəzasında öldü

Türkiyədə nazir müavini yol qəzasında öldü
  19 Avqust 2019    Oxunub:2616
Türkiyənin Mədəniyyət nazirinin müavini Ahmet Haluk Dursun yol qəzasında həlak olub.

Azvision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir müavininin içərisində olduğu avtomobil Vanın Erciş ərazisində dərəyə yuvarlanıb.
Qəza zamanı Haluk Dursun dünyasını dəyişib, sürücü və köməkçisi ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.

Qeyd edək ki, professor Haluk Dursun 2018-ci ildən Mədəniyyət nazirinin müavini idi.

Azvision.az



Teqlər: Türkiyə   Qəza   Nazir-müavini  





Xəbər lenti