Dağda köməksiz qalan şəxs xilas edilib

  20 Avqust 2019    Oxunub : 639
Dağda köməksiz qalan şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunda dağlıq ərazidə 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşı təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Dağ   Quba