Naxçıvanda 281 məzun 500-700 arası bal toplayıb
"2019-cu ildə 1168 məzun, yaxud qəbul olanların 77 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər. Tələbə adını qazanan məzunlardan 199-u isə xüsusi təyinatlı ali məktəblərə qəbul olublar. Bu il qəbul imtahanlarında məzunların 281-i 500-700 arası bal toplayıb ki, onların da 172-ni, yaxud 61 faizini qızlar, 109-nu, yaxud 39 faizini isə oğlanlar təşkil edir. Yüksək bal toplayan abituriyentlərin 71-i Naxçıvan şəhər, 46-sı Şərur, 36-sı Babək, 27-si Ordubad, 28-i Culfa, 10-u Kəngərli, 18-i Şahbuz, 3-ü Sədərək rayonunun, 42-si isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdır".
R.Məmmədov qeyd edib ki, ali məktəblərə qəbulda muxtar respublikanın 100 məktəbinin məzunları 500-700 arası nəticə göstərib.
"Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, 2018-2019-cu tədris ilində məzunlardan 13-ü “Qızıl”, 16-sı “Gümüş” medallara, 45-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, buraxılış və qəbul imtahanlarının yekun nəticələrinə əsasən 500-700 arası bal toplayıblar".
Azvision.az