Bakıda çoxmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

  20 Avqust 2019    Oxunub : 1139
 Bakıda çoxmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Yanğın   Bakı