Güləşçilərimiz dünya çempionatına hazırlaşır

  20 Avqust 2019    Oxunub : 598
Güləşçilərimiz dünya çempionatına hazırlaşır
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək.
Azvision.az xəbər verir ki, ilin ən vacib yarışı Olimpiadaya lisenziya xarakteri daşıyır. Bu səbəbdən yığmalarımız mundiala intensiv şəkildə hazırlığı davam etdirirlər.

Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start veriblər. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlarımız isə Türkiyədə toplanışda iştirak edirlər. Komandamız Türkiyə yığması ilə birgə Sarıyer şəhərində hazırlıq keçir.

Qeyd edək ki, sərbəst və qadın güləşçilərimizin toplanışı avqustun 24-dək, yunan-Roma güləşçilərimizin hazırlıq prosesi isə ayın 30-dək davam edəcək.

Azvision.az

Teqlər: Güləş   Hazırlıq