Naxçıvanda orta aylıq əmək haqqı 5,4% artıb

  21 Avqust 2019    Oxunub : 645
Naxçıvanda orta aylıq əmək haqqı 5,4% artıb
Naxçıvanda orta aylıq əmək haqqı 449 manatı ötüb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 449,3 manat təşkil edib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz çoxdur.

Azvision.az


Teqlər: Naxçıvan   Maaş