Pilot Rəşad Atakişiyev dəfn olundu - VİDEO+FOTOLAR

Pilot Rəşad Atakişiyev dəfn olundu -   VİDEO+FOTOLAR
  21 Avqust 2019    Oxunub:10341
Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev dəfn olunub.

Azvision.az xəbər verir ki, pilotun cənazəsi II Fəxri Xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Pilotun cənazəsi bükülmüş Azərbaycan bayrağı Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov tərəfindən onun xanımı Könül Hüseynovaya təqdim olunub.

Qeyd edək ki, iyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya düşən MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi ötən gün tapılaraq dənizdən çıxarılıb.















Azvision.az



Teqlər: Pilot   Dəfn   Rəşad-Atakişiyev  





Xəbər lenti