Bakıda 3 qadın yol qəzasında yaralanıb

  22 Avqust 2019    Oxunub : 1071
Bakıda 3 qadın yol qəzasında yaralanıb
Buzovna-Maştağa yolunda avtomobil qəzası baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə ilə bağlı təcili yardıma saat 22:55-də çağırış daxil olub.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası hadisə yerindən 3 qadını götürüb. 47 yaşlı qadın sağ bazu sümüyünün yerdəyişmiş sınığı, 59 yaşlı qadın sağ baldırın əzilməsi, 61 yaşlı qadın isə alının hematoması diaqnozu ilə 3 saylı xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Qəza   Xəstəxana   Qadın   Yaralı