Əli Əhmədov və İnam Kərimov "Yaşıl Bazar"da - FOTOLAR

   Əli Əhmədov və İnam Kərimov "Yaşıl Bazar"da -    FOTOLAR
  22 Avqust 2019    Oxunub:4205
Baş Nazirin müavini Əli Əhmədov Bakıda kənd təsərrüfatı yarmarkası, kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı "Yaşıl Bazar" və paytaxtdakı supermarketlərdən birinə baxış keçirib.
Azvision.az xəbər verir ki, kənd təsərrüfatı məhsullarının keyfiyyəti, qiyməti və əhaliyə göstərilən xidmətin səviyyəsi ilə maraqlanan Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidentinin və hökumətinin apardığı siyasətin əsas məqsədi ölkədə daxili istehsalın inkişaf etdrilməsi, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalının artmasıdır.



Onun sözlərinə görə, son illər Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb. Beləliklə də əhalinin ərzaq təhlükəsizliyi problemi demək olar ki, həllni tapıb. Hazırda ölkə vətəndaşlarının əzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir.



Əli Əhmədov əlavə edib ki, Azərbaycan Prezidenti süni qiymət artımına yol verilməməsinə çox ciddi nəzarət edir: " Hökumət də bu məsələni daim diqqət mərkəzində saxlayır. Çalışmalıyıq ki, vətəndaş məhsulun keyfiyyətindən, xidmətdən və qiymətindən məmnun qalsın. Əsas məsələlərdən birinin də ictimai nəzarətin təmin edilməsidir. Bunun ən etibarlı vasitələrindən biri də mətbuatdır. KİV-in bu işdə fəal olması və Hökumətə dəstək göstərməsi vacibdir".









Azvision.az


Teqlər: Əli-Əhmədov   İnam-Kərimov   KTN  





Xəbər lenti