Bakıda yanğına görə yol bağlandı

  22 Avqust 2019    Oxunub : 1394
 Bakıda yanğına görə yol bağlandı
“Baksol” yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

"Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik", - məlumatda qeyd edilib.

Azvision.az


Teqlər: BNA   Yol