Tanınmış aparıcı Zeynəbin təhsil haqqını ödədi

  22 Avqust 2019    Oxunub : 1846
Tanınmış aparıcı Zeynəbin təhsil haqqını ödədi
Azərbaycan Dillər Universitetinin “Jurnalistika” fakültəsinə ödənişli əsaslarla qəbul olan, lakin təhsil haqqını (1500 AZN) ödəyə bilməyən Astara sakini Zeynəb Əlizadəyə maddi yardım göstərilməkdə davam edir.
Azvision.az xəbər verir ki, "Avto stop" verilişini aparıcısı Tural Yusifov onun hesabına 1500 manat vəsait köçürüb. Bununla da, Zeynəbin ikinci ilinin ödənişi də təmin edilib.



Qeyd edək ki, Zeynəblə bağlı bu gün Azvision.az saytında dərc olunan yazıdan sonra xeyirxah insanlar redaksiyamızla əlaqə saxlayaraq gənc qıza kömək etmək istədiklərini bildiriblər. Artıq birinci ilinin təhsil haqqı (1500 manat) toplanılıb.

Digər bir oxucumuzun təşəbbüsü ilə Zeynəbin adına bank hesabı açılacaq və IV kursu bitirənə qədər hər ay hesaba 100 manat vəsait köçürüləcək.

Aytən Zəhra
Azvision.az

Teqlər: Zeynəb   Yardım   Tələbə