FHN Yardımlıdakı yanğını söndürüb

FHN Yardımlıdakı yanğını söndürüb
  22 Avqust 2019    Oxunub:1869
Avqustun 21-də Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada başlamış yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.
Azvision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti