Dəmiryolçular yanğının söndürülməsinə cəlb olunub

  22 Avqust 2019    Oxunub : 947
Dəmiryolçular yanğının söndürülməsinə cəlb olunub
Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC-sən Azvision.az -a verilən məlumata görə, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğınsöndürən texnikaların fasiləsiz su ilə təchiz olunması üçün yanğın baş verən əraziyə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə İdarəsinin 2 çən vaqonu gətirilib. Eyni zamanda “ADY Konteyner” MMC-yə məxsus 160 tonluq su çənindən də istifadə olunub.

Azvision.az

Teqlər: FHN   Yanğın