“Mehriban Əliyevanın fəaliyyəti nəticəsində böyük uğurlar qazanılıb”
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.
“Birinci vitse-prezident Mehriban Əliyevanın müasir Azərbaycan siyasətində qadın obrazının formalaşmasında müstəsna rolu var. Hesab edirəm ki, bu, kifayət qədər yüksək nailiyyətdir. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda humanitar, mədəni, beynəlxalq tədbirlərin keçirilməsində böyük əmək sərf edib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Mehriban Əliyeva müstəsna xidmətlər göstərib. YAP Mehriban xanım Əliyevanın uğurlarından qürur hissi keçirir”.
Azvision.az
Teqlər: MehribanƏliyeva Əli-Əhmədov