Hacıqabulda ağır qəza: Yaralıların vəziyyəti necədir?

  Hacıqabulda ağır qəza:  Yaralıların vəziyyəti necədir?
  23 Avqust 2019    Oxunub:1964
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına müraciət edib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaş), 3 nəfər isə kişidir. Onlar 43, 47 və 14 yaşlı şəxslərdir.

Yaralılardan 6-nın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin - 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. Vəziyyətləri orta-ağır stabil qiymətləndirilir.



Qeyd edək ki, bu gün Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb. Hadisə Bakı-Qazax avtomobil magistralının Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Hacıqabul   Qəza  





Xəbər lenti