Bu yay 42 nəfər suda boğularaq ölüb

 Bu yay 42 nəfər suda boğularaq ölüb
  23 Avqust 2019    Oxunub:2006
Çimərlik mövsümü başlayandan (15 iyundan) bu günə qədər 42 nəfər suda (dəniz, çay, süni göl) boğularaq ölüb.

Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlar əsasında apardığı araşdırmaya görə, qeyd olunan dövr ərzində 217 nəfər suda boğulmaqdan xilas edilib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 15 iyundan bu günə qədər Lökbatan, Şüvəlan, Böyük Həmyə, Bilgəh, Qızılqum, Nardaran, Türkan, Dübəndi, Bakı, Hövsan, Buzovna, Mərdəkan, Neftçala, Corat, Novxanı, Şıxov, Zuğulba-3, Nardaran-2, Mingəçevir, Qobustan, Şirvan, Pirşağı, Xaçmaz, Suraxanı, Lənkəran, Sabirabad sularda xilasetmə məntəqələrinin ərazisində batmaq təhlükəsi olan şəxsləri xilas edib.

Lənkəranda 1, Salyanda 2, Bakıda 23, Sumqayıtda 1, Sabirabadda 1, Lerikdə 1, Gəncədə 1, Göygöldə 2, Qusarda 1, Cəlilabadda 1, Astarada 1, Neftçalada 3, Ağdaşda 1, Yevlaxda 1, Xaçmazda 2 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Çimərlik   FHN   Boğulub  





Xəbər lenti