Zəlzələdən zərər çəkən evlərin qaz təchizatı yaxşılaşdırılır

Zəlzələdən zərər çəkən evlərin qaz təchizatı yaxşılaşdırılır
  23 Avqust 2019    Oxunub:1093
Avqustun 23-də səhər saatlarından Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq.
“Azəriqaz” İB-dən Azvision.az -a bildirilib ki, bu işin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti