Bakıda maşın körpüdən aşdı, yaralılar var
31 yaşlı qadın qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağı sol baldırın əziyi, 33 yaşlı kişi döş qəfəsinin əziyi diaqnozu ilə 3 saylı Sabunçu xəstəxanasına aparılıblar. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Azvision.az
Teqlər: Qəza Yaralı Maşın Körpü