Türkiyədə Nəsimiyə həsr olunan xatirə pulu buraxıldı - FOTO

Türkiyədə Nəsimiyə həsr olunan xatirə pulu buraxıldı -    FOTO
  23 Avqust 2019    Oxunub:2664
Türkiyə zərbxanası Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunan bürünc xatirə pulu buraxıb.
Azvision.az xəbər verir ki, xatirə pulunun ön tərəfində İmaddədin Nəsiminin şəkli, “İmadeddin Nesiminin Doğumunu 650. Yılı” yazısı, digər tərəfdə isə “Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb.



Qeyd edək ki, Prezident İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi” haqqında sərəncamlarından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyə Respublikası Zərbxanası ilə Nəsimiyə həsr olunan xatirə pulun buraxılmasına dair razılıq əldə olunub.

Azvision.az




Teqlər: Türkiyə   Nəsimi   Pul  





Xəbər lenti