Türkiyədə təhlükəli terrorçu məhv edilib

Türkiyədə təhlükəli terrorçu məhv edilib
  23 Avqust 2019    Oxunub:1208
Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində “Hebat” ləqəbli Abdurrahman Siler məhv edilib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Siler Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan təhlükəli terrorçuların siyahısında yer alıb.

Silerin ələ keçirilməsi üçün Nazirlik tərəfindən 300 min lirə (təxminən 55 min ABŞ dolları) vəsait ayrılmışdı.

Qeyd edək ki, onunla yanaşı daha 4 terrorçu əməliyyat zamanı öldürülüb.

Azvision.az



Teqlər: Türkiyə   Terrorçu   Öldürülüb  





Xəbər lenti