Siyavuş Novruzov “Facebook”da: “Müasir dövr tələb edir...”

 Siyavuş Novruzov “Facebook”da:  “Müasir dövr tələb edir...”
  24 Avqust 2019    Oxunub:4152
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Facebook” sosial şəbəkəsində özünə səhifə açıb.
Azvision.az -ın məlumatına görə, S.Novruzov bundan sonra fikirlərini daha çox sosial şəbəkədə açıqlayacağını bildirib:

"Müasir dövrdə sosial şəbəkələrin, sosial medianın və interaktiv ünsiyyətin rolu və həcmi durmadan artır. Həyatımızın müxtəlif sahələrinə daxil olmuş bu vasitələr təbii ki, hardasa bizim də onlara uyğunlaşmağımızı tələb edir. Bu gündən bir partiya funksioneri, millət vəkili və siyasətçi kimi mən də sosial mediada olmağa qərar verdim. Hər zaman mətbuata, televiziyalara açıq və əlçatan olmuşam, mövqeyimi, inandığım dəyərləri və siyasəti çatdırmağa çalışmışam. İnanıram ki, facebook səhifəm də məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək. Ümid edirəm ki, səhifəm mənim olduğu qədər sizlər üçün də faydalı və maraqlı olacaq".



Azvision.az


Teqlər: SiyavuşNovruzov   Deputat  





Xəbər lenti