Azərbaycan Polisi səngərsiz əsgərdir!

Azərbaycan Polisi səngərsiz əsgərdir!
  24 Avqust 2019    Oxunub:6537
Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşləri başlayanda Bakı Polis Qarnizonundan yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün yazılı və şifahi müraciətlər ünvanlayıb.
Azvision.az xəbər verir ki, bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) "facebook" səhifəsində yer alıb.

Bildirilib ki, polis serjantları ilə yanaşı, yüksək rütbəli zabitlər müraciətlər və raportlar yazaraq xidmət yerinin səngərə dəyişdirilməsi ilə bağlı müraciətlərdə özlərini Vətən üçün fəda etməyə hazır olduqlarını bildiriblər.

"Səngərdə döyüşən, canını Vətən üçün fəda edən oğullarımızdan artıq olmadıqları həmin müraciətlərin ana xəttini təşkil edib: Azərbaycan Polisi səngərsiz əsgərdir!".

Azvision.az


Teqlər: Bakı   Polis  





Xəbər lenti