Məşqə gedən oğlan avtovağzalda itkin düşdü

  24 Avqust 2019    Oxunub : 990
 Məşqə gedən oğlan avtovağzalda itkin düşdü
Bakıda gənc oğlan itkin düşüb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, Yeni Yasamal yaşayış massivində yaşayan, 1999-cu il təvəllüdlü Mehdiyev Pilağa Radil oğlu avqustun 21-də səhər saat 05 radələrində yaşadığı evdən çıxaraq məşqə gedib.

P.Mehdiyev sonuncu dəfə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində görünsə də, bir daha evə qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Oğlan   Məşq   İtkin   Avtovağzal