“Azərişıq” Qərb Regionunda qabaqlayıcı tədbirlər görür

“Azərişıq” Qərb Regionunda qabaqlayıcı tədbirlər görür
  25 Avqust 2019    Oxunub:1518
Hazırda ölkəmizin Qərb Regionunda müşahidə olunan güclü küləyin fəsadlar yaratmaması üçün "Azərişıq" ASC-nin əməkdaşları qabaqlayıcı tədbirlər görür.
Azvision.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda bir neçə rayon ərazisində əlavə avadanlıqlar hazır vəziyyətə gətirilib:

"Güclü küləyin 0,4kVt-luq şəbəkələrdə fəsadlar yarada biləcəyini nəzərə alaraq əməkdaşlarımız qabaqlayıcı tədbirlər görür. Bundan əlavə Qərb regionunda olan Daşəkəsən, Göygöl və digər rayonlarda əlavə mal-material hazırlığı görülüb. Bundan əlavə hazırda Şimal regionunda da külək müşahidə edilir. Baş verə biləcək kəsintilərin qarşısını almaq üçün "Azərişıq" əməkdaşları operativ şəkildə lazımi tədbirlər görür".

Azvision.az



Teqlər: Azərişıq   Külək  





Xəbər lenti