Hacıların sonuncu qrupu ölkəyə qayıdır

Hacıların sonuncu qrupu ölkəyə qayıdır
  25 Avqust 2019    Oxunub:1274
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək.
Azvision.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, zəvvarların sonuncu qrupunu gətirən təyyarənin saat 21:00 radələrində Bakıya çatması nəzərdə tutulub.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 4285 dollar təşkil edir.

Azvision.az



Teqlər: Hacı   Zəvvar   Ziyarət  





Xəbər lenti