Evdən 10 minlik qızıl və silah oğurladılar

Evdən 10 minlik qızıl və silah oğurladılar
  26 Avqust 2019    Oxunub:1073
Bakıda evlərdən oğurluq edən yeniyetmə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 400 ABŞ dolları, 10000 manat dəyərində qızıl-zinət əşyaları və “İJ” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan bir yeniyetmə saxlanılıb, daha 2 nəfər isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Cinayət  





Xəbər lenti