Bakıda kirayədə yaşayan qadın bıçaqlanıb

Bakıda kirayədə yaşayan qadın bıçaqlanıb
  26 Avqust 2019    Oxunub:1198
Avqustun 24-də naməlum şəxs Nəsimi rayonu ərazisində kirayədə yaşayan Sumqayıt şəhər sakini S.Canımovaya bıçaqla xəsarət yetirib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Nəsimi rayon 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qurbanlı tutulub.

Ətrafında aparılmış tədbirlərlə onun avqustun 19-da Abşeron rayon sakini M.Alının baş nahiyəsinə şüşə qabla xəsarət yetirərək quldurluq yolu ilə 70 manat pulunu, mobil telefonunu və qızıl əşyalarını alması da müəyyən edilib.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Cinayət   Bıçaqlanma  





Xəbər lenti