Mingəçevirdə maşın oğurlayan 61 yaşlı kişi tutuldu - FOTO

Mingəçevirdə maşın oğurlayan 61 yaşlı kişi tutuldu -    FOTO
  26 Avqust 2019    Oxunub:1944
Mingəçevir şəhərində avtomobil qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, hadisə avqustun 25-də baş verib.

Mingəçevir şəhər sakini Saleh Rəhimov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq, şadlıq saraylarından birinin qarşısında saxladığı ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs və yaxud da şəxslər tərəfindən qaçırıldığını bildirib.



Müraciət aidiyyəti üzrə Mingəçevir Şəhər Polis Şöbəsinə yönləndirilib və polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

“İsti izlər”lə keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin avtomobili qaçıran şəxsin şəhər sakini, 61 yaşlı Damət Həsənov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Mingəçevir   Maşın  





Xəbər lenti