Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, 5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş A.Məcidov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun avqustun 12-dən 18-dək olan müddətdə daha 4 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Azvision.az