Prezident Moldovanın dövlət başçısını təbrik edib

Prezident Moldovanın dövlət başçısını təbrik edib
  26 Avqust 2019    Oxunub:1406
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodona təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Moldova xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətləri, ölkələrimizin ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə sülh və tərəqqi diləyirəm".

Azvision.az



Teqlər: İlhamƏliyev   Moldova  





Xəbər lenti