“Hərbiyyə”yə start verildi - FOTOLAR

“Hərbiyyə”yə start verildi -  FOTOLAR
  26 Avqust 2019    Oxunub:5847
26 avqust 2019-cu il tarixində Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi təşkil olunub.
Azvision.az xəbər verir ki, layihə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Açılış mərasimindən öncə iştirakçılar Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birliyi ilə tanış olublar.



Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Əməkdar incəsənər xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Cavad Xan Tarix və Mədəniyyət Fondunun Birinci vitse-prezidenti Muzadil Həsənov və digər qonaqlar iştirak ediblər.



İştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Qonaqlar çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən hərbi quruculuqdan, o cümlədən ölkəmizin müxtəlif regionlarının sosial-iqtisadi inkişafından söz açıblar.



Həmçinin diqqətə çatdırılıb ki, "ASAN Könüllüləri" tərəfindən dövlətçiliyin möhkəmləndirilməsi və gənclərinin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində uğurlu layihələr icra olunub.

26-30 avqust tarixini əhatə edəcək “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.



Qeyd edək ki, layihə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və www.azvision.az xəbər saytının media tərəfdaşlığı ilə həyata keçirilir.





















Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hərbiyyə   Düşərgə  





Xəbər lenti