Nazirliyin aparat işçilərinin sayı artırıldı

   Nazirliyin aparat işçilərinin sayı artırıldı
  26 Avqust 2019    Oxunub:1622
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin sayı artırılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanın 7-ci hissəsinə edilən dəyişikliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin say həddi 289 ştat vahidindən 309-a qaldırılıb.

Digər dəyişikliklə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının işçilərinin say həddi 4536 ştat vahidindən 4366-ya endirilib.

Azvision.az


Teqlər: ƏƏSMN   Nazirlik   Fərman  





Xəbər lenti